Azərbaycanda mikrosahibkarlar bəyannamələri əvvəlcədən dolduracaq
Azərbaycanda mikrosahibkarlar üçün bəyannamələrin əvvəlcədən doldurulması tətbiq ediləcək.
BusinessTime xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi Samir Xalıqov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, vergi xidmətində rəqəmsallaşmanı yalnız nəzarət fəaliyyəti kimi deyil, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onların məmnunluğunun artırılması baxımından qiymətləndirilir: "Əsas prinsipimiz dövlətin əldə etdiyi məlumatları təkrarən sahibkarlardan tələb etməmək və vergi ödənişlərini mümkün qədər sadələşdirməkdir. Bu istiqamətdə əsas alətlərimizdən biri bəyannamələrin əvvəlcədən doldurulması, yəni pre-filling mexanizmidir. Sadələşdirilmiş vergi üzrə tətbiq olunan bu yanaşmanın yaxın günlərdə mikrosahibkarlar üçün də istifadəyə verilməsi nəzərdə tutulur. Sistem mövcud məlumatlar əsasında bəyannamənin müvafiq sətirlərini əvvəlcədən doldurur, vergi ödəyiciləri isə həmin məlumatları yoxlayaraq təsdiqləyirlər".


