DSMF-nin pensiya üzrə 10 milyard manatlıq öhdəliyi hökumətlə razılaşdırılmayıb

DSMF-nin hesablamalarına görə, 2018-2025-ci illərdə dövlət büdcəsi hesabına qarşılanmamış pensiya öhdəlikləri 9 milyard 848,1 milyon manat təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) pensiya xərcləri üzrə hesabladığı 9 milyard 848,1 milyon manatlıq öhdəlik hökumətlə razılaşdırılmayıb. Bu barədə BusinessTime "Oxu.az"a istinadən xəbər verir.

Fondun hesablamalarına görə, həmin məbləğ 2018-2025-ci illərdə pensiya xərcləri üzrə dövlət büdcəsi hesabına qarşılanmamış öhdəliklərdir.