Azərbaycanın fındıq ixracından gəliri 2 dəfə artıb
Ötən ay Azərbaycan 29,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı illik müqayisədə 2 dəfə artıb.
Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 10,97% təşkil edib.

