Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,728 milyard dollar olub

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,728 milyard dollar olub

2026-cı ilin ilk 6 ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 791,9 milyon ABŞ dolları və ya 31,4% azalaraq 1 milyard 728,3 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, hesabat dövründə Rusiyanın Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 10,33%-dən 7,01%-ə enib. Bununla da Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında üçüncü yerdən beşinci yerə geriləyib.

Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artaraq 608,6 milyon ABŞ dollarına çatıb.

Eyni zamanda, Rusiyadan Azərbaycana idxal 810 milyon ABŞ dolları və ya 42% azalaraq 1 milyard 119,7 milyon ABŞ dolları olub.

Hesabat dövründə Rusiyanın Azərbaycanın ümumi idxalındakı payı da 16,75%-dən 13,42%-ə geriləyib. Nəticədə ölkə idxal tərəfdaşları arasında ikinci yerdən üçüncü yerə enib.