"Azercell" və "Bakcell" internet paketlərinin qiymətini qaldırdı

"Azercell" və "Bakcell" internet paketlərinin qiymətini

"Azercell" və "Bakcell" internet paketləri qiymətlərini bahalaşdırır.

BusinessTime-ın xəbərinə görə, "Azercell" bu gündən etibarən internet qiymətlərini bahalaşdırıb.

Bundan əlavə, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək.

500 MB aylıq internet paketinə yeni qoşulmalar 19 fevral 2024-cü il tarixindən dayandırılıb.

"Bakcell" isə  sabahdan etibarən internet paketlərinin qiymətini dəyişir.

Aylıq 500MB paketinə yeni qoşulmalar 20 fevral 2024-cü il tarixindən dayandırılacaq və mövcud istifadəçilər üçün aylıq abunə haqqı 4 AZN təşkil edəcək.

Aylıq 20GB+ internet paketinin yenilənməsi səbəbi ilə “Gecədən Səhərə Limitsiz” təklifi 20 fevral 2024-cü il tarixindən dayandırılacaq.