“Azercell” xüsusi tarif paketləri təqdim edib
Mobil operator abunəçilərinə xüsusi tarif paketləri və özəl imkanlar təklif edir
“Azercell” müştərilərin müasir mobil ehtiyaclarına uyğun müxtəlif həcmli və qiymətli tarif paketlərini təqdim etməyə davam edir. Ölkənin lider mobil operatoru “Premium” tarifini fakturalı və fakturasiz (SimSim) xətt abunəçilərinin istifadəsinə verib. “Premium” tarif paketlərində müxtəlif qiymət aralıqlarını əhatə etmək məqsədilə daha çox seçim mövcuddur:
- Bütün “Premium” paketləri daxilində vatsap və feysbuk mesencer tətbiqlərində mətn yazışmaları üçün 1GB internet təqdim olunur.
- Bununla yanaşı, “Premium” tarifinə qoşulan abunəçilər “Azercell”in “Premium+” loyallıq proqramına da üzvlük əldə edirlər.
- Sözügedən proqram müştərilərə fərdi “Premium” dəstək xətti, Əlaqə Mərkəzinə ödənişsiz və üstünlüklü müraciət etmə imkanı, “Azercell Eksklüziv” ofislərində “Fast Track” (“Sürətli keçid”) xidməti, pulsuz Mobil Müştəri Xidmətindən istifadə, ad günü hədiyyələri və digər xüsusi imtiyazlar verir.
Qeyd edək ki, “Premium+” loyallıq proqramına “Premium 50GB”, “Premium 75GB” və “Premium 100GB” tariflərinin abunəçiləri, həmçinin də “Azercell” şəbəkəsində son 6 ay ərzində aylıq abunə xərci 40 AZN və daha çox olan abunəçilər (hər ay üzrə bu limiti keçməlidir) üzvlük əldə etmiş olurlar.
“Premium” tarifi və “Premium+” loyallıq proqramı barədə daha ətraflı məlumatla tanış olmaq üçün aşağıdakı linklərə keçid edin: https://www.azercell.com/az/personal/premium-plus.html https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/premium-tariff.html