“Azərenerji” Avstriya şirkəti ilə 13 milyonluq müqavilə bağlayıb
“Azərenerji” ASC Avstriyanın “GUGLER Water Turbines GmbH” şirkəti ilə müqavilə bağlayıb.
Bu barədə İqtisadiyyat.az “Azərenerji” ASC-dən məlumat əldə edib.
Belə ki, müqavilədə Kəlbəcər Şəhər, Qoşasu, Bülövlü, Seyidlər və Eyvazlı KSES-lər üçün turbin, generator və köməkçi avadanlıqların alınması, daşınması və quraşdırılmasının satınalınması nəzərdə tutulub.
Bağlanmış müqavilənin maliyyə dəyəri 13 milyon 210 min manat olaraq müəyyənləşib

