“Azəri Med” 50,3 milyon manatlıq SİFARİŞ ALIB
Səhiyyə Nazirliyinin tabeliyində olan Milli Onkologiya Mərkəzi tibbi avadanlıq və inventarların alacaq.
Qurum işin icrası üçün “Azəri Med” MMC ilə müqavilə imzalayıb.
Şirkətə 50 milyon 320 min 46,9 manat ödəniş ediləcək.
Qeyd edək ki, “Azəri Med” MMC-nin nizamnamə kapitalı 8 milyon 255 min 510 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur.
Onu da qeyd edək ki, “Azəri Med” MMC dərman preparatları və tibbi məhsulların təchizatı sahəsində fəaliyyət göstərir. Şirkət mediada Milli Məclisin deputatı Kəmaləddin Qafarovla əlaqəli şirkət kimi tanınıb. (plat.az)


