“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri işdən çıxarıldı

“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri işdən çıxarıldı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib.

Bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, N. Qasımov bu vəzifəyə ötən ilin may ayında təyin olunub.
Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad edilib.(Mənbə nuhcixan.az)