Azərsun ölkəyə "holdinq" anlayışını gətirib
Azərsun ölkəyə "holdinq" anlayışını gətirib.
(Holdinq deyəndə həmişə ağlımıza ilk Azərsun gəlib.) Azərsun ölkəyə "ticarət mərkəzi" anlayışını gətirib.
Azərsun ölkədə əməkdaşların qayğısına qalmaqda ilk addımlar atıb. (o vaxt bütün əməkdaşlarına həmişə qutuda ərzaq payları olurdu.) Azərsun zamanında ölkədə ən arzuolunan iş yeri idi. (daha sonra alternativlər yarandı.) Azərsun həmişə məktəb olub. Abdulbari Gözəl Azərbaycanda çox ilklər edib və illərdi iqtisadiyyatın inkişafında rolu böyük olub.
Çox istəyərdim onun həyat yolu barədə bir film çəksinlər.
Dünyadakı uğurlu insanların həyatlarını daim izləyirik.
Niyə belə insanları da gələcək nəsillər tanımasın?!
Allah rəhmət eləsin!
Səidə Fətullazadə

