Azərbaycan hotellərində gecələyən yerli turistləri sayı 44 % artıb

Azərbaycan hotellərində gecələyən yerli turistləri sayı 44 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240 min olub ki, bu da ümumi gecələmələrin 43,7 %-ni təşkil edir.

BusinessTime bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə  müqayisədə 42,8 % artaraq 85,2 milyon manat olub ki, onun da 55,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 %-i ictimai iaşə xidmətlərindən, 6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,6 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 % səviyyəsində olub.

2022-ci ilin yanvar-mart aylarında bu göstərici 10,9 %-ə bərabər olub. Bu göstərici Naftalanda 37 %, Qusarda 30,3 %, Şabranda 29 %, Beyləqanda 25,7 %, Bərdədə 22,8 %, Şuşada 20,2 %, Bakıda 19,9 %, Qubada 19,6 %, Sabirabadda 18,6 %, Naxçıvan Muxtar Respublikasında 16,7 %, Ağcabədidə 15,3 %, Lənkəranda 14,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.