Bu il Azərbaycan hotellərində gecələyənlərin sayı 26 %-dən çox artıb

Bu il Azərbaycan hotellərində gecələyənlərin sayı 26 %-dən çox artıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 % artaraq 549,2 min olub.

BusinessTime bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, gecələmələrin ümumi sayının 55,3 %-i Bakıda, 9,6 %-i Qusarda, 5,0 %-i Qubada, 4,6 %-i Qəbələdə, 3,7 %-i Naftalanda, 3,4 %-i Naxçıvan Muxtar Respublikasında, 3,1 %-i Şabranda, 2,9 %-i Lənkəranda, 1,2 %-i Mingəçevirdə, 1,1 %-i İsmayıllıda, 1,1 %-i Gəncədə, 0,9 %-i Şuşada, 0,9 %-i Şamaxıda, 0,7 %-i Şəkidə, 0,6 %-i Qaxda və 5,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 % artaraq 309,2 min olub ki, bu da ümumi gecələmələrin 56,3 %-ni təşkil edir.

Gecələmələrin ümumi sayının 19,3 %-i Rusiya Federasiyası, 9,5 %i Türkiyə, 8,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 7,3 %-i Hindistan, 5,7 %-i Səudiyyə Ərəbistanı, 4,6 %-i Küveyt, 3,5 %-i Böyük Britaniya, 2,9 %-i Qazaxıstan, 2,8 %-i Gürcüstan, 2,6 %i Pakistan, 2,3 %-i ABŞ, 2,2 %-i İsrail, 1,6 %-i Belarus, 1,4 %-i Almaniya, 1,4 %-i Özbəkistan, 1,2 %-i Qətər, 1,2 %-i İran, 0,9 %-i Ukrayna, 0,9 %-i Çin, 0,9 %-i İtaliya, 0,7 %-i Fransa, 0,6 %-i Oman, 0,5 %-i Niderland, 17,4 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1 %-i Bakıda,  8,9 %-i Qusarda, 3,5 %-i Naftalanda, 3,2 %-i Qəbələdə, 1,8 %-i Qubada, 0,4 %i Naxçıvan Muxtar Respublikasında, 0,3 %-i Şabranda, 1,8 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.