Azərbaycan nefti bir qədər də ucuzlaşıb

Azərbaycan nefti bir qədər də ucuzlaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 78,70 ABŞ dolları təşkil edib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,11 ABŞ dolları yaxud 0,14 % geriləmək deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 76,14 ABŞ dollarına satılıb.

Yazar