İlk 7 ayda ixrac edilən qazın həcmi açıqlandı

İlk 7 ayda ixrac edilən qazın həcmi açıqlandı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 13 milyard 845 milyon 429,23 min kubmetr həcmində təbii qaz ixrac edib.

BusinessTime Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri ümumilikdə 4 milyard 755 milyon 767,70 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 3,22 % çoxdur. 2024-cü ilin ilk 7 ayının ixracına təbii qazın payı 29.54% təşkil edib.