Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 88,59 ABŞ dolları təşkil edib.

Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 1,5 ABŞ dolları yaxud 1,67 % geriləmə deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 barelin dəyəri 84,76 ABŞ dollarına satılıb.

Yazar