Azərbaycan neftinin qimyəti 80 dollardan aşağı düşüb

Azərbaycan neftinin qimyəti 80 dollardan aşağı düşüb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 79,04 ABŞ dolları təşkil edib.

Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 4,76 ABŞ dolları yaxud 5,68 % geriləmək deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 75,32 ABŞ dollarına satılıb.

Yazar