"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

İnnovasiya və sürət lideri “Bakcell” mobil tətbiqində süni intellekt texnologiyasından istifadə edərək, müştərilərə fərdiləşdirilmiş yeni təkliflər təqdim edib. Süni intellekt ilə yaradılan həllər abunəçilərin zəng və internet istifadəsi ilə bağlı vərdişlərini nəzərə alaraq, onlara uyğun kampaniya və tarif planlarını formalaşdırır.

Müştəri davranışlarının təhlili ilə yaradılan kampaniya tarifplanları bildiriş şəklində istifadəçilərin nəzərinə çatdırılır. Bu yenilik sayəsində müştərilər vaxtlarına qənaət edərək, yaradılmışxüsusi təkliflərdən faydalana bilirlər.

Fəaliyyəti çərçivəsində müştəri məmnuniyyətini öndə tutanBakcelldaim istifadəçilərinin dəyişən ehtiyac gözləntilərinə uyğun innovativ həllər təqdim edir. Beləliklə, “Bakcellmüasir texnologiyalara əsaslanan məhsul xidmətləri ilə innovasiyanı gündəlik istifadəçi təcrübəsininayrılmaz hissəsinə çevirərək, müştəriyönümlü inkişafstrategiyasını uğurla davam etdirir.

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.