Bakı Dizayn Akademiyası Qarabağ və Şərqi Zəngəzurdakı məktəblilərə təqaüd verəcək

Bakı Dizayn Akademiyası Qarabağ və Şərqi Zəngəzurdakı məktəblilərə təqaüd verəcək

Bakı Dizayn Akademiyası Qarabağ və Şərqi Zəngəzurdakı məktəblilərə təqaüd verəcək.
 
Akademiya Şuşa, Laçın, Xankəndi, Füzuli və Zəngilan bölgələrində qaçqın və məcburi köçkün ailələrindən olan məktəblilərin innovativ sahələrdə təhsil almasını dəstəkləmək məqsədilə təqaüd proqramı təqdim edir. Layihə, bölgələrdə müasir və beynəlxalq səviyyəli təhsil mühitinin yaradılmasını hədəfləyir.
 
Bakı Dizayn Akademiyasının rəhbəri Aysel Gülməmmədova çıxışında Qarabağı və Şərqi Zəngəzuru müasir və beynəlxalq təhsil məkanına çevirməyin hamımızın missiyası olduğunu qeyd etmişdir. Həmçinin rəsmi statistikaya əsasən 8,660 keçmiş məcburi köçkün arasında olan 1,000-dən çox məktəblinin təhsilinin dəstəklənməsinin bu təşəbbüsün prioritetlərindən əsası olduğunu da önəmlə vurğulamışdır. 
 
Eyni zamanda Aysel Gülməmmədova KOBSKA-nın Təhsil Şirkət Rəhbərləri İcmasının Sədri olaraq, bu təşəbbüsü rəhbərlərlə bölüşməyin qürurverici olduğunu və onların əksəriyyətinin layihədə iştirak arzusunu bildirdiyini də vurğulayıb. 
 
Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən Bakı Dizayn Akademiyası innovativ təhsil metodları və beynəlxalq sertifikatlar təqdim edərək, minlərlə gəncin karyera qurmasına dəstək olub. Akademiya, 4000-dən çox məzun və 85% işədüzəlmə faizi ilə ölkədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təqdim etdiyi əlavə təhsil lisenziyasına malik əsas mərkəzlərdən biridir.
 
Akademiya Azərbaycanda təhsilin beynəlxalq standartlara uyğunlaşdrılmasına da bir çox töhvələr vermişdir. Belə ki, BDA 2021-ci ildən ABŞ-ın “Certiport Pearson Vue” şirkəti ilə əməkdaşlıq edərək beynəlxalq sertifikasiya imkanları təqdim edir. Bu imkanlar universitet proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılaraq beynəlxalq akkreditasiyası, müəllim və tələbələrin ixtisas üzrə beynəlxalq sertifikatlaşdırılması və bunun kimi bir çox beynəlxalq imkanların ölkədə tətbiqinin həyata keçirilməsinə şərait yaradır.  
 
Həmçinin Bakı Dizayn Akademiyası 2023-cü ildə təhsil şirkətləri arasında keçirilən “IDDA Awards” müsabiqəsində 1-ci yerə layiq görüldüyü ilin Bacarıq Gücü “Skillbooster” nominasiyasından ilham alaraq yeni unikal “Skillbooster” təhsil metodunu patentləşdirib tətbiq edərək biznes ixtisaslarının tədrisində bir çox yeniliyə imza atmışdır. 
 
Həmçinin Aysel Gülməmmədova çıxışında ölkədə təhsilin inkişafına dəstək verməkdə davam edəcəklərini, akademiyanın təhsil imkanlarının Qarabağ və Şərqi Zəngəzurda da tətbiqinin uğurla həyata keçiriləcəyinə və işğaldan azad olunan bölgələrdə qısa müddətdə inkişaf mərhələrinin uğurla tamamlanması üçün hər zaman dəstək olmağa hazır olduğunu qeyd etmişdir.