Bakı Sağlamlıq Mərkəzi dərman və tibbi sərf malları alır - 2,2 milyonluq
Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzi PHŞ dərman və tibbi sərf mallarının alınması ilə bağlı “AZƏRİ MED” MMC ilə razılıq əldə edib.
Tərəflər arasında 2 milyon 203 min 363 manat məbləğində müqavilə imzalanıb.
Xatrıladaq ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan “AZƏRİ MED” MMC-nin nizamnamə kapitalı 8 milyon 255 min 510 manatdır. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur.


