“Unibank”ın kredit portfeli 4,6 % artıb

“Unibank”ın kredit portfeli 4,6 % artıb

“Unibank” KB ASC-nin 2024-cü ilin 2-ci rübü üzrə kredit portfeli 1 096 954 min manat təşkil edib.

BusinessTime “Unibank”ın maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın kredit portfeli 2024-cü ilin 2-ci rübünün sonuna olan vəziyyətin 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 48 513 min manat və ya 4,6 % artıb.