Mərkəzi Bankın protokolu ləğv edildi
Mərkəzi Bank “Etay Group İç və DIŞ Ticaret Limited Şirkəti”nin Azərbaycandakı filialı barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.
Protokola Sabunçu Rayon Məhkəməsində baxılıb və işə xitam verilib.

