Azərbaycanda elektron satınalmaların sayı və məbləği açıqlanıb
2026-cı ilin I yarımilində Azərbaycanda ümumi məbləği 1,7 milyard manat olan 3 489 elektron satınalma keçirilib.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, hesabat dövründə açılışı keçirilmiş müsabiqələrdə orta iştirakçı sayı 3,5 təşkil edib.
Agentlik bildirib ki, müasir rəqəmsal həllər əsasında formalaşan elektron satınalma ekosistemi vaxt, resurs və vəsaitlərin daha səmərəli idarə olunmasına imkan yaradır.


