Evini sığortalayanlar hansı hallarda ödəniş ala bilərlər?
PAŞA Sığorta ASC evlər üçün icbari əmlak sığortası təqdim edir. Sığorta təminatı yanğın, qaz partlayışı, qısaqapanma, təbii fəlakətlər, subasma, nəqliyyat vasitəsinin vurması və digər nəzərdə tutulan hadisələr nəticəsində mənzilə dəyən zərərləri əhatə edir.
Sığorta şərtlərinə əsasən, illik sığorta haqqı və təminat məbləği evin yerləşdiyi regiondan asılı olaraq dəyişir:
Bakı şəhəri: illik 50 AZN, sığorta təminatı 25 000 AZN, azadolma məbləği 250 AZN;
Gəncə, Sumqayıt və Naxçıvan: illik 40 AZN, sığorta təminatı 20 000 AZN, azadolma məbləği 200 AZN;
Digər şəhər və rayonlar: illik 30 AZN, sığorta təminatı 15 000 AZN, azadolma məbləği 150 AZN.
İcbari əmlak sığortası çərçivəsində yanğın, ildırım düşməsi, qaz partlayışı, elektrik naqillərində qısaqapanma, zəlzələ, fırtına, qasırğa, dolu, sel, daşqın, torpaq sürüşməsi, leysan, subasma, nəqliyyat vasitəsinin vurması və üçüncü şəxsin qəsdən zərər vurması kimi hadisələr üzrə təminat nəzərdə tutulur.
Sığorta hadisəsi baş verdikdə *7000 qısa nömrəsi ilə PAŞA Sığortaya məlumat vermək, zərərin daha da artmasının qarşısını almaq və sığorta şirkətinin nümayəndəsi baxış keçirənədək əmlakı hadisədən sonrakı vəziyyətdə saxlamaq tələb olunur.


