Rezvani Beast X: 1582 at gücündə hibrid güc qurğusuna malik tam ötürücülü “canavar”

Rezvani Beast X: 1582 at gücündə hibrid güc qurğusuna malik tam ötürücülü

ABŞ-ın Rezvani Motors şirkəti Beast superkarının ən güclü versiyası olan Rezvani Beast X modelini təqdim edib.

Yeni superkar hibrid Chevrolet Corvette E-Ray bazasında hazırlanıb və tam ötürücü sistemlə təchiz olunub. Modelin hibrid güc qurğusunun ümumi gücü 1582 at gücünə çatır.

Rezvani Beast X məhdud sayda istehsal olunacaq. Şirkət bu xüsusi versiyadan cəmi 5 ədəd buraxmağı planlaşdırır.