Bakıda 86 yeni dayanacaq quraşdırılacaq

Bakıda 86 yeni dayanacaq quraşdırılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində avtobus dayanacaq pavilyonlarının quraşdırılması və yenilənməsi prosesi davam etdirilir.

AYNA-dan bildirilib ki, ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır. Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır. Ümumilikdə 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur.