Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi

Yüksək Texnologiyalar Parkının istismar proqramı layihəsi

26-27 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Texniki Universitetində Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində Forum keçiriləcək.

Forumda koreyalı və yerli mütəxəssilərin təqdimatında "Texnologiyanın transferi və elmin kommersiyalaşdırlması" sahəsində təlimlər və müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, tədbirdə layihə çərçivəsində hazırlanmış Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platformasının (https://www.ttcp.az/) təqdimatı baş tutacaq.

Forumun sonunda iştirakçılara STEPI tərəfindən sertifikatlar təqdim ediləcək.