Bakıda möhtəşəm "Başarı Ödülleri" tədbiri baş tutdu

Bakıda möhtəşəm "Başarı Ödülleri" tədbiri baş tutdu

2 Noyabr şəhərin ən göstərişli oteli Four Seasons Baku-da möhtəşəm tədbir baş tutdu. Türkiye Yerel Basın Birliği "İktidar" qəzeti Azərbaycanda ilk dəfə mükafatlandırma tədbiri həyata keçirdi.

"Başarı Ödülleri" tədbirinin layihə rəhbəri TYBB Azərbaycan təmsilçisi, "İktidar" qəzetinin yazarı Həsən Məmmədov idi. Tədbirin təşkilatçılığı isə etdiyi tədbirlərlə hər zaman yaddaşlarda iz buraxan Mirtalıblı Groupa həvalə olunmuşdu. Şirkət rəhbəri Ləman Mirtalıblının yüksək peşəkarlıqla təşkil etdiyi tədbir son günlətin ən çox danışılan mövzusu oldu.

Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, 2-ci Qarabağ Müharibəsində böyük igidliklə qələbə qazanmış şanlı Azərbaycan ordusu və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində qeyd etdiyimiz "Zəfər Bayramı"-na və hər zaman Azərbaycanın yanında olan, dəstəyini heç vaxt əsirgəməyən əzəmətli Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü il dönümünə həsr olunmuşdu.

Türkiyə Azərbaycan qardaşlığını təmsil edən gecə böyük məsuliyyət və yaradıcılığın məhsulu idi. Gecədə bir çox fərqli sahənin ən yaxşıları mükafata layiq görüldü. Bu qürurverici an tədbir iştirakçılarının hər biri üçün xüsusi idi.

Tədbirin rəsmi hissəsi ilə yanaşı musiqili proqramla qonaqların xoş vaxt keçirməsi də unudulmadı. Azərbaycan Respublikasının Xalq Artisti Brilliant Dadaşova, Azərbaycan Respublikasının Əməkdar Artisti Lalə Məmmədova, estradamızın sevilən ulduzu Ayan Babakişiyeva və muğam nüsabiqəsinin qalibi qranpri mükafatçısı Murad Laçın ifaları ilə qonaqların gecəsini daha da unudulmaz etdi. Yüksək səviyyədə təşkil olunmuş bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi qürurlü və fəxarət dolu bir hadisə oldu.