"Bank Avrasiya" bu sahələrə kredit ayırmır
"Bank Avrasiya" ASC-nin bu ilin ikinci rübündə verdiyi kreditlərin iqtisadi sahələr üzrə bölgüsü açıqlanıb.
Hesabat dövründə bankın ümumi kredit portfeli 142 milyon 256,51 min manat təşkil edib.
Kredit portfelində ən çox vəsait fiziki şəxslərə şəxsi, ailəvi və digər məqsədlər üçün verilən kreditlərə yönəldilib. Bu istiqamət üzrə kreditlərin həcmi 85 milyon 950,58 min manat olub. Sənaye sahəsinə 15 milyon 794,09 min manat, ticarət müəssisələrinə 15 milyon 530,78 min manat, kənd təsərrüfatına 9 milyon 700,25 min manat, tikinti sahəsinə isə 7 milyon 831,30 min manat kredit ayrılıb.
Ən az kredit informasiya və rabitə sahəsinə verilib. Bu sektorda kreditlərin həcmi 213,75 min manat təşkil edib. Nəqliyyat sahəsi üzrə göstərici 948,80 min manat, digər qeyri-istehsal və xidmət sahələri üzrə 6 milyon 286,96 min manat olub.
Bankın məlumatlarına görə, mərkəzi idarəetmə orqanları və bələdiyyələrə, ictimai təşkilatlara, yaşayış sahəsinin tikintisi və təmirinə, məişət avadanlıqlarının alınmasına, eləcə də digər kreditlər üzrə vəsait ayrılmayıb. (Plat.az)


