Baş İdarədə növbəti vətəndaş qəbulu keçirilib

Baş İdarədə növbəti vətəndaş qəbulu keçirilib

İyulun 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev vətəndaşlarla görüşüb.

Baş İdarənin aidiyyəti sektorlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, müraciətlərin qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qəbulda ümumilikdə 19 nəfər vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

Qeyd edək ki, vətəndaşların qəbulu hər ayın ilk cümə axşamı günü keçirilir.