“Bu yaşda qızlar hər gün enerji içkisi istifadə edir”

“Bu yaşda qızlar hər gün enerji içkisi istifadə edir”

“Enerji içkilərindən daha çox oğlan uşaqları istifadə edir”. 

Bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, 52 rayon üzrə 167 məktəbdə aparılan sorğuya görə, 11 və 13 yaşında olan qızlar demək olar ki, enerji içkilərindən istifadə etmirlər: “Amma 15 yaşa çatdıqda qızların 28.5 faizi hər gün bir dəfədən çox enerji içkilərindən istifadə edir”