Baş Prokurorluqda - Yeni təyinatlar

Baş Prokurorluqda

Baş Prokurorluqda yeni təyinatlar olub. 

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

Məlumat üçün bildirək ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.