BDU-nun uğurlu magistratura siyasəti

BDU-nun uğurlu magistratura siyasəti

Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Əmək bazarına hesablanan ixtisaslar

BDU-da milli və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların yetişdirilməsi daim  diqqət mərkəzindədir. Son illər BDU-da müasir dövrün çağırışlarına cavab verən, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmalar açılıb.

2020/2021-ci tədris ilində BDU-da Ölkəşünaslıq (Rusiya), 2021/2022-ci tədris ilində Ölkəşünaslıq (Azərbaycan), Ölkəşünaslıq (Gürcüstan), Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı, Kompüter elmləri (SABAH), 2022/2023-cü tədris ilində Vergi hüququ, Ekologiya hüququ, İdman jurnalistikası, Jurnalistika (SABAH), Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), Aktuar riyaziyyat ixtisaslaşmaları yaradılıb.

Hədəfdə olanlar

2023/2024-cü tədris ilində isə Tərcümə (ərəb dili üzrə), Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi, Gömrük ekspertizası ixtisaslaşmalarının açılması nəzərdə tutulur.

Magistratura pilləsi - 90%-lik göstərici

2019/2020-ci tədris ilində BDU-da magistratura səviyyəsinə plan yeri 82.4 %, 2020/2021-ci tədris ilində 91 %, 2021/2022-ci tədris ilində 87.6 %, 2022/2023-cü tədris ilində isə 89.3 % dolub.

Ali təhsildə rekord – 11 ikili diplom proqramları

Bakı Dövlət Universitetində (BDU) 11 ikili diplom proqramı mövcuddur. Bunlardan 10-u magistratura səviyyəsi üzrədir:

Bakalavriat

1.    İsrailin Holon Texnologiya İnstitutu: 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, komputer elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. 5 tələbə məzun olub, 10 tələbə təhsil alır.

Magistratura

2.    Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti: Dəniz və enerji hüququ sahəsində magistratura proqramının təşkili ilə bağlı imzalanmış müqaviləyə əsasən, 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir. 9 tələbə məzun olub, 7 tələbə bu il məzun olacaq, 9 tələbə isə təhsilini davam etdirir.

3.    Fransanın Lumière Lyon 2 Universiteti: Əqli mülkiyət hüququ sahəsində ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinə əsasən, 2021-ci ilin sentyabrından birgə magistr hazırılığı həyata keçirilir. I kursda 4, II kursda isə 8 tələbə təhsil alır.

4.    İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS): 2021-ci ildə imzalanmış müqaviləyə əasasən, Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir. 3 tələbə məzun olub, bir tələbə təhsil alır.

5.    Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University): imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes İnzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə 2021-ci ildən magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir.

6.    Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU): 2021-ci il tarixli müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. Cari tədris ilində 2 tələbə məzun olur.

7.    Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti: 2021-ci il tarixli müqaviləyə əsasən, Beynəlxalq iqtisadi hüquq ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı təşkil olunur.

8.    İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS): 2022-ci il tarixli müqaviləyə əsasən MBA ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. 2 tələbə təhsil alır.

9.    Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti: 2022-ci il tarixli müqaviləyə əsasən Biotexnologiya ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. 2023-2024-cü tədris ilində tələbə qəbulu olacaq.

10.  İsrailin Yerusəlim İbrani Universiteti (HUJI): 2023-cü il tarixli müqaviləyə əsasən,  Biotexnologiya ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. Proqram 2023-2024-cü tədris ilindən icra olunacaq və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında maliyyələşəcək.

 Doktarantura

 11.  Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti: 2018-ci ildə imzalanmış müqaviləyə əsasən, hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir.