Dövlət Agentliyinin "Youtube" kanalı hakerlər tərəfindən oğurlanıb

Dövlət Agentliyinin "Youtube" kanalı hakerlər tərəfindən oğurlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.

Bu barədə Businesstime-a Dövlət Agentliyindən məlumat verilib. 

Qurum izləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş edir.

Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək.