Bələdiyyələr ötən il abadlıq işlərinə 10 milyon manata yaxın vəsait ayırıblar
Bələdiyyələr ötən il respublika üzrə abadlıq işlərinə 10 milyon manata yaxın vəsait ayırıblar.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə öz əksini tapıb.
Bundan başqa, sosial müdafiə və sosial təminatla bağlı xərclərə 1.7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə 500 min manata yaxın vəsait ayrılıb.

