“Berqa” “Karyera və Təhsil” Forumuna dəstək verib

“Berqa” “Karyera və Təhsil” Forumuna dəstək verib

Hər zaman gənclər üçün faydalı olan tədbirlərin təşkil edilməsinə yaxından dəstək verən “Berqa” növbəti dəfə ənənəsinə sadiq qalıb. Adıçəkilən marka bu dəfə Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsas tərəfdaşlığı ilə təşkil edilən “Karyera və Təhsil Forumu”na dıstık verib. Forumun məqsədi gənclərin karyera imkanları və planlaması haqqında məlumatlandırılması, karyerada “agile” metodologiyasının öyrənilməsi, eyni zamanda xaricdə təhsil haqqında məlumatlandırmanın aparılmasıdır

Qeyd edək ki, sevilən marka geridə qalan ilboyu müxtəlif layihələrlə insanlarda xoş əhval yaradıb. Yay ərzində çox maraqlı konsertlər təşkil edən “Berqa” mövsüm bağlanışı ilə əlaqədar da “Əlvida yay” konserti keçirərək insanlarda bayram əhval-ruhiyyəsi yaradıb. “Berqa” növbəti ildə də maraqlı layihələri ilə çaysevərlərə xoş əhval bəxş etməyə davam edəcək.