Britaniya şirkəti Azərbaycandakı filialını bağlayır

Böyük Britaniya şirkəti Azərbaycandakı filialını bağlayır.
Söhbət "London Offshore Consultants VLL" Şirkətinin Azərbaycandakı Filialından gedir.
Belə ki, Filial ləğv olunduğunu elan edib. Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Filialın hüquqi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "London Offshore Consultants" şirkəti dəniz və mühəndislik üzrə məsləhət və araşdırma qurumudur. Şirkət dəniz daşımaları üzrə xidmət göstərən şirkətlərə və ofşor qurumlara xidmət edir. Şirkət 1979-cu ildə Londonda yaradılıb və dünyanın bir çox şəhərində filialı mövcuddur. 2015-ci ildə açılan Filialın qanuni təmsilçi isə Böyük Britaniya vətəndaşı Miles Paul Nigeldir.