Bu ərazilərdə məcburi köçkün evlərinin təmirinə başlanılır

Bu ərazilərdə məcburi köçkün evlərinin təmirinə başlanılır

Bakı və Sumqayıt şəhərləri, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmirinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bununla bağlı müqafiq hazırlıqları başa çatdırıb.

 Belə ki, qurum bu işlərlə bağlı "Kəndahar" və "Star Construction Group" şirkətləri ilə müqavilə bağlayıb.

 Müqavilələrin ümumilikdə maliyyə dəyəri 1 milyon 140 min 855 manat olaraq müəyyən olunub.