Bu il “Son zəng” keçiriləcək? - AÇIQLAMA

Bu il “Son zəng” keçiriləcək?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən IV sinifdən sonra “Son zəng” keçirilməsi ilə bağlı məktəblərə tapşırıq verilməyib.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu, valideynlərin öz istəyi reallaşdırılır: “Məktəbdənkənar keçirilən tədbirlərə agentlik müdaxilə edə bilməz”.