Bu qidalar uşaqların İQ səviyyəsini azaldır

Bu qidalar uşaqların İQ səviyyəsini azaldır

Alimlər müəyyən ediblər ki, erkən yaşlarda tez-tez hazır əriştə, şirniyyat, emal olunmuş ət məhsulları yeyən və bunları qazlı içkilərlə qəbul edən uşaqlar 6-7 yaşlarında intellekt testlərində daha aşağı nəticələr göstərirlər.

Axşam.az xəbər verir ki,araşdırma zamanı tədqiqatçılar sağlam (tərəvəz, meyvə, paxlalılar) və zərərli (fəsd-fud, qəlyanaltılar, şirin içkilər) qidalanma modelini müqayisə ediblər. Daha aşağı İQ göstəriciləri məhz ikinci qrupda müşahidə olunub.

Müəlliflər vurğulayırlar ki, erkən yaşlarda formalaşan qidalanma vərdişləri gələcəkdə zehni inkişafına təsir göstərə bilər.