Buğda idxalı azalıb
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.
BusinessTime Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% və ya 117,4 min ton azdır. Məbləğ baxımından isə buğda idxalı 37.7% və ya 62 milyon dollar azalıb.
Qeyd edək ki, bu ilin ilk 7 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95%-nə bərabər olub.