Cahangir Əsgərovun həyat yoldaşı yeni vəzifəyə seçilib

“Caspian Energy Club”ın İdarə heyətinə yeni seçkilər keçirilib.

BusinessTime xəbər verir ki, bu barədə Bu barədə qurumun Sədrinin Birinci müavini və qrupun Baş Maliyyə direktoru Rasim Mahmudov məlumat verib.

R,Mahmudovun sözlərinə görə, seçkilər hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü baş tutur və yalnız 4 ildən bir seçkilər 29 fevral tarixində təşkil olunur.

“Bu il Caspian Energy Club”ın İdarə heyətinin üzvlərinin növbəti seçkiləri 29 fevral tarixində başlayıb və iki gün davam edib. Ümumi səslərin sayı 1059 nəfər təşkil edib. Onlardan 971 səs anket formatında, 88-i isə onlayn formatda səs verib.

Rasim Mahmudovun sözlərinə görə, “iki günlük səsvermə nəticələrinə əsasən Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club), Zərifə Həmzəyeva (Gazelli Group), Rəşad Abasov (ASE Şirkətlər Qrupu), Natiq Paşayev (Caspel), Fariz Sultan-Əhmədi (By Mygroup Holding), İlqar Nuriyev (Veysəloğlu), Əsəd Nəsrullayev (Debet Safety) və Səbinə Əliyeva (GHRS) daxil olublar.

 İdarə Heyətinin sədri vəzifəsinə 319 (30.12 %) səs sayı ilə Telman Əliyev seçilib.

Xatırladaq ki, İdarə Heyətinə seçilən Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun həyata yoldaşıdır.