Canımı da, qanımı da Vətənə fəda etməyə hazıram

Canımı da, qanımı da Vətənə fəda etməyə hazıram

Əslən Azərbaycandan olan, atası Hüseyn kişi doğma Qarabağın cənnət güşəsi olan Şuşada doğulmuş, özü isə hal-hazırda ABŞ-da yaşayaraq Azərbaycanı təmsil edən ixtisasca peşəkar həkim Gül Mary xanım Azərbaycanda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən tədbirdə iştirak edib.

O musiqi ifasından öncəki çıxış nitqinin əvvəlində Azərbaycanlı olduğundan qürur duyaraq ona bu səsin ata babalarından genetik olaraq Qarabağ torpağının suyundan, avazından,şəcərəsindən gəldiyindən söz açıb. 

Vətən bizim ata babalarımızın,əcdadlarımızın,ana,nənələrimizin söylədiyi yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır.

Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. 

Mənim Vətənim can Azəbaycanım müqəddəsdir, ülvidir.

Gül xanım həmçinin,Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı planlaşdırdığı yaxın gələcəyin layihələrindən ,ölkəmizin tanınmış şair və bəstəkarları ilə üzərində işlədiyi yeni musiqi ifalarından danışaraq ən böyük arzusunun ata-baba yurdu olan Şuşada öz ifalarını səsləndirərək milli-mədəni irsimizi təbliğ etdirən tədbirlərdə iştirak etdirərək Can Azərbaycanı üçün uğurlu töfhələr verəcəyini bildirmişdir.

Azərbaycan mənim vətənimdir və mən bu diyarı ürəyim qədər sevirəm. Mən bu diyarın qızıyam və lazım gələrsə, canımı da, qanımı da Vətənə fəda etməyə hazıram.

Tədbirin bədii hissəsində Gül xanım dünya Azərbaycanlılarına eşq olsun söyləyərək,"Sizə salam gətirmişəm"-adlı ifası ilə tədbir iştirakçılarına xoş və yadda qalan anlar yaşadıb.