Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir

Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir

Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala RMX PHŞ, Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin, Neftçala təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda silsilə tədbirlərin keçirilməsi davam edir.

Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Neftçala RMX PHŞ inzibati binasında ümummilli lider Heydər Əliyevin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında şəhidlərin xatirəsinə həsr olunan guşənin açılışı olub və şəhid ailələri ilə RİH-nin başçısı görüşüb.
Ətraflı

Çıxış edən Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov bildirib ki, respublikamız 20 ildir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolu, İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər, Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsində həll olunması, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Rayon ağsaqqalları ilə görüşən icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan nailiyyətlərdən, həyata keçirilən sosial-iqtisadi islahatlar, regionlarda və eyni zamanda Neftçala rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, o cümlədən ölkəmizin şanlı tarixinə Zəfər Günü ilə daxil olan Vətən müharibəsində qazanılan şanlı qələbəmiz haqqında görüş iştirakçılarına geniş məlumat verib və hər kəsi Zəfər bayramı münasibətilə təbrik edib.

Neftçala RMX PHŞ keçirilən tədbirdə Neftçala RMX PHŞ-nin bir qrup tibb işçisi, həkimləri, şəhid ailələri Neftçala RİH-i və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon şurası tərəfindən fəxri fərmanlarla təltif ediliblər.