"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Caspian İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 570 min manat xalis mənfəətlə başa vurub.
BusinessTime BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 20224-cü illə müqayzisədə 3,1 dəfə çoxdur.
Ötən il "Caspian İnvest"in vergiyəqədərki mənfəəti 812 min manat (48,7 % çox), mənfəət vergisi ödəmələri isə 242 min manat (33,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Caspian İnvest"in aktivləri 15,295 milyon manat olub ki, bu da illik müqayisədə 20,7 % çoxdur. Bunun 14,882 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 21,9 % böyüyüb.
Hesabat dövründə "Caspian İnvest"in öhdəlikləri 25,5 % azalaraq 6,69 milyon manata düşüb, balans kapitalı isə 2,3 dəfə artaraq 8,605 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,75 dəfə artaraq 8,245 milyon manata çatıb.
Xatırladaq ki, "Caspian İnvest" 2004-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50 % payla Nurlan Şərifov və İbrahim Salmanovdur.
"Report"


