Caspian Energy Club Türkiyədə MeetUp təşkil edib

Caspian Energy Club Türkiyədə MeetUp təşkil edib

Caspian Energy Club Türkiye-nin nümayəndə heyəti Türkiyədə Ankara Industry MeetUp təşkil edib

Caspian Energy Club Türkiye tərəfindən Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunmuş 7-ci Ankara Industry MeetUp tədbiri baş tutmuşdur. Tədbir Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Bu barədə Caspian Energy Club Türkiye-nin İdarə Heyətinin sədri Süleyman Məcidli bildirmişdir.

Tədbirin əsas məqsədi Türkiyə və Azərbaycanın iş adamlarını bir araya gətirərək təcrübə və xarici bazarlara çıxış mövzusunda fikir mübadiləsi aparmaq olmuşdur.

Caspian Energy Club Türkiyenin İdarə Heyətinin sədri Süleyman Məcidli öz çıxışında Caspian Energy Club Türkiye ofisinin 2022-ci ilin sonundan etibarən günümüzə qədər olan fəaliyyəti haqqında məlumatlandırmışdır. O, həmçinin Türkiyənin müxtəlif şəhərlərində Caspian Energy Club-u təmsil edən klub nümayəndəliklərinin təşkil etdiyi bir sıra tədbirlər o cümlədən 30 aprel tarixində baş tutmuş Caspian Energy Forum barədə qonaqlara geniş məlumat vermişdir. Eyni zamanda noyabr ayında İzmir şəhərində planlaşdırılan Technology MeetUp haqqında da məlumat paylaşıb, sahibkarları bu tədbirdə iştirak etməyə dəvət etmişdir.

Tədbir çərçivəsində Türkiyənin sənayesində təcrübəsi olan aparıcı şirkətlər yer almış, müvafiq dövlət qurumlarının rəhbər və nümayəndələri, Caspian Energy Club-un fəaliyyət göstərdiyi ölkələrin dövlət və özəl şirkətlərinin top-menecerləri iştirak etmişlər.
İştirakçıları salamlayaraq Caspian Energy Club-un sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib ki, Caspian Energy Club 2002-ci ilin iyun ayından regionda fəaliyyət göstərən iri Neft-qaz şirkətləri və Caspian Energy İnternational Media Group tərəfindən yaradılmışdır. İlk fəaliyyətini neft-qaz və energetika sektorunda çalışan şirkətlərin networking qurması üçün başlasada, hal-hazırda klubun 70% üzvü qeyri-neft sektorunu, qalan 30%-i isə neft-qaz və energetika sektorunu təmsil edirlər. Caspian Energy Club-un üstünlüyü B2G formatda biznes-hökumət dialoqu qurması, iri holdinqlər və dövlət şirkətlərinin kiçik orta bizneslə ünsiyyətini yaratmaq və networking platforması kimi fəaliyyət göstərməkdir.

Caspian Energy Club-un sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev iştirakçılara: “Birlikdə üçüncü ölkələrə çıxışlar edib, həmin ölkələrdə tədbirlər təşkil edək və oradakı sahibkarlarla əməkdaşlıq quraq” çağırışı ilə müraciət etdi.
Telman Əliyev “Tədbir öncəsi hazırlıq hissəsində Orta Doğu Teknik Üniversitesini ziyarət edib maraqlı bir xüsusiyyətlə rastlaşdıq orada hər kəs bir-birinə “Hocam” deyərək müraciət edir. Bu da ondan irəli gəlir ki, biz hamımız bir-birimizdən nə isə öyrənə bilərik.
Gəlin networking hissəsində bir-birimizlə yaxından tanış olaq və uzun müddətli əməkdaşlıqlar quraq. Biz birlikdə çox böyük işlər görüb böyük nailiyyətlər əldə edə bilərik. Çünki biz birlikdə daha güclüyük” deyə bildirdi.

Daha sonra  Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nümayəndəsi Suliddin Məmmədov və  Avadanlıq İstehsalatçıları Birliyinin (Makina İmalatçılar Birliği) Baş katibi Zülfikar Kılıç qonaqlara müraciət ediblər. Suliddin Məmmədovun sözlərinə görə səfirlik Caspian Energy Club-un Azərbaycan, Türkiyə və digər bu kimi ölkələrdəki fəailiyyətini çox yüksək qiymətləndirir.  “Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi üçün bugünkü tədbirin mövzusu, sənayenin iki qardaş ölkə və digər ölkələr arasındakı ticari əlaqələr çox böyük əhəmiyyət daşıyır. Həmçinin qeyd etmək istərdim ki, Caspian Energy Club platformasının ən vacib missiyası biznes və hökumət (B2G) dialoqunda oynadığı aktiv roldur”, - Suliddin Məmmədov bildirib.

Suliddin Məmmədovun çıxışından sonra Avadanlıq İstehsalatı Birliyinin (Makina İmalatçılar Birliği) Baş katibi Zülfikar Kılıç söz alıb. “Caspian Energy Club Türkiye tərəfindən tədbirə dəvət edildiyimə görə klubun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”, - deyə Zülfikar Kılıç qeyd edib. O, çıxışında Avadanlıq İstehsalatı Birliyin keçən 40 il ərzindəki fəaliyyəti və ölkənin ixracatında oynadığı aktiv rolundan danışıb və  qarşıdan gələn tədbirlər əsnasında Caspian Energy Club-la sıx əməkdaşlıq etmək niyyətini xüsusi vurğulayıb.
Tədbir çərçivəsində Caspian Energy Club-un Türkiyənin dörd şəhərində fəaliyyət göstərən Ankara nümayəndəsi Ahmet Saygılı, İzmir nümayəndəsi Pərviz Altay, İstanbul nümayəndəsi Hünər Əşrəfzadə və Bursa nümayəndəsi Həbib Koç qonaqlara təqdim olunub.
Daha sonra göstərdikləri dəstək və klubun üzvləri ilə apardıqları açıq və səmimi dialoqa görə Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin 2-ci Katibi Suliddin Məmmədova,   Makina İmalatçıları Birliğinin Baş katibi Zülfikar Kılıça və Caspian Energy Club Türkiye Ankara təmsilçisi Ahmet Saygılıya təşəkkür sertifakatları təqdim olunmuşdur.

Həmçinin Ankara İndustry Meet Up-ın sonunda Saygılı Kumlama Makineleri San. ve Tic., Valour Lojistik Ve Taşimacilik A.Ş., Fazlanet Bilgi Teknolojileri A.Ş., Quasar Tekstil San. Ve Tic. Ltd Şirketi, EVA Elektromekanik San. ve Tic. A.Ş., SBT Kurumsal Girişim A.Ş., Gen Enerji A.Ş., Elnaf Otel Ve Turizm İşletmeciliği Ticaret A.Ş. şirkətlərin top-menecerlərinə üzvlük sertifikatlari təqdim edilmişdir.
MeetUp çərçivəsində bir sıra B2B görüşlər keçirilmiş, şirkətlər arasında networking genişləndirilmiş, özəl və dövlət sektorları arasındakı dialoq gücləndirilmişdir.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.