“CPM-İnvest İnvestisiya Şirkəti”  ZƏRƏRƏ DÜŞÜB

“CPM-İnvest İnvestisiya Şirkəti” 

“CPM-İnvest İnvestisiya Şirkəti” 2024-cü ilin I yarımili üzrə maliyyə hesabatlarını açıqlayıb.

BusinessTime şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin I yarımilində “CPM-İnvest İnvestisiya Şirkəti” 22.9 min manat xalis zərər edib. 2023-cü ilin I yarısında investisiya şirkəti 419.4 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21.3% azalaraq 891.2 min manat, ümumi xərcləri isə 50% artaraq 914.1 min manat təşkil edib. Beləliklə, xərclər gəlirlərdən yüksək olduğundan investisiya şirkəti əməliyyat zərəri ilə üzləşib.

Hesabat dövründə şirkətin cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 9.2 dəfə artaraq 26 milyon 623.4 min manat, cəmi öhdəlikləri isə 54 dəfə artaraq 25 milyon 50.1 min manata bərabər olub.

2024-cü ilin iyul ayının 1-nə “CPM-İnvest İnvestisiya Şirkəti”nin cəmi kapitalı 1 milyon 573.3 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 35.6% azdır çoxdur.

“APA-Economics”