Daha 3 mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi

Daha 3 mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi

Mediasiya Şurasının sədri Nadir Adilov sözlərinə görə, Bakı və Lənkəran şəhərləri üzrə Xüsusi Komissiya tərəfindən monitorinqi keçirilən mediasiya təşkilatları Mediasiya Şurasının üzvlüyünə qəbul edilib.

Bakı və Lənkəran şəhərləri üzrə dövlət qeydiyyatına alınmış Bakı 9 saylı mediasiya təşkilatı, Bakı 12 saylı mediasiya təşkilatı və Lənkəran 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

Mediasiya Şurasından verilən məlumata görə, İdarə Heyətinin iclası keçirilib və Xüsusi Komissiyanın sədri Bəylər Məmişov iclasa dəvət edilərək monitorinq nəticələri barədə məruzəsi dinlənilib. 
Komissiyanın sədri məruzəsində qeyd edib ki, Bakı və Lənkəran şəhəri üzrə fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş mediasiya təşkilatlarının yerləşdiyi ofislərə, mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitə Bakı şəhəri üzrə əyani, Lənkəran şəhəri üzrə videoqəbul və video-müşahidə vasitəsilə baxış keçirilib. Təşkilatların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olduqları və Şuranın üzvlüyünə qəbul edilmələrində heç bir maneənin olmadığı bildirilib.
Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq  keçirilən iclasda İdarə Heyəti tərəfindən mediasiya təşkilatlarının Şuranın üzvülüyünə qəbul edilməsi və onlar barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.

Eyni zamanda həmin mediasiya təşkilatları və qarşıda duran müvafiq aidiyyəti vəzifələr barədə Mediasiya Şurası tərəfindən Bakı və Lənkəran şəhərləri üzrə bütün birinci instansiya məhkəmələrinə müraciət ünvanlanıb.

Mediasiya Şurasının üzvlüyünə qəbul edilmiş yeni mediasiya təşkilatları aşağıdakılardır:

Bakı 9 saylı Mediasiya Təşkilatı - Rəhbər Nəsibova Leyla Yusif qızı 
ünvan: Bakı ş., Ziya Yusifzadə küç. 133, Səbail Məhkəməsinin arxası 
e-mail: [email protected]
tel: +994 50 245 22 26; +994 70 245 22 26 

Bakı 12 saylı Mediasiya Təşkilatı - Rəhbər Rəhimov Azər Eldar oğlu 
ünvan: Bakı ş., Nəsimi r., Şamil Əzizbəyov küç. 
e-mail: [email protected]
tel: +994 50 250 80 61

Lənkəran 1 saylı Mediasiya Təşkilatı - Rəhbər Şükürov Ramin Rafail oğlu 
ünvan: Lənkəran ş., Mirmustafaxan küç. 8
email: [email protected] 
tel: +994 70 644 57 73

BusinessTime