Baş İdarə xalq artisti ilə görüş təşkil edib

Baş İdarə xalq artisti ilə görüş təşkil edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılıği ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti Röya Ayxanla görüş keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tanınmış müğənni Röya Ayxan həyat və fəaliyyətindən, sənət yolundan, əldə etdiyi uğurlardan söhbət açıb.Repertuarından sevilən mahnıları "Yuxu dərmanımdır", "Onun xəstəsiyəm", "Tut əlimdən", "Sənə görə" səsləndirib və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.

Sonda tədbir "Səma" rəqs kollektivinin müşayiətilə Xalq artistinin ifasında "Qələbə" mahnısı ilə sona çatıb və xatirə şəkilləri çəkdirilib.