Daha bir küçədə piyada zolağı bərpa edildi
Bu günlərdə Xətai rayonu İlqar Zülfüqar küçəsində piyada və avtobus zolaqlarının silinməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilmişdir.
Məlumat üçün bildirək ki, yol ikitərəfli olduğundan piyadalar yolu keçməkdə çətinlik çəkirdilər. Küçənin hər iki tərəfində yaşayış binaları, məktəb, ofis, idman zalları və s olduğundan piyadalar mütamadi olaraq yol keçərkən müəyyən təhlükə ilə üzləşirdilər.
Rəsmi müraciətdən sonra AYNA əməkdaşları əraziyə baxış keçirib və piyadaların təhlükəsiz hərəkətinin təmin olunması üçün zolaqlar bərpa edilmişdir.
Qeyd edək ki, AYNA-ya 1181 nömrəsi ilə və yaxud da sosial şəbəkələr vasitəsi ilə müraciət etmək mümkündür.