Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 58% azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 58% azalıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 23 milyon 826 min manat sığorta haqqı toplanıb.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 milyon 812 min manat və ya 57,93% azdır.

Belə ki, ötən ilin ilk altı ayında bu sığorta növü üzrə toplanan sığorta haqlarının həcmi 56 milyon 638 min manat təşkil etmişdi.

Hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilən sığorta ödənişlərinin həcmi isə 2 milyon 214 min manat olub.

Bu göstərici 2025-ci ilin yanvar-iyun aylarında qeydə alınan 1 milyon 341 min manatla müqayisədə 873 min manat və ya 65,10% çoxdur.

Valyuta.az